Главная > Dünya > Gürcüstan ilin sonunadək ABŞ ilə ekstradisiya sazişi imzalaya bilər

Gürcüstan ilin sonunadək ABŞ ilə ekstradisiya sazişi imzalaya bilər


5-06-2024, 09:41. Разместил: azadses
Gürcüstan hakimiyyəti 2024-cü ilin sonuna kimi ABŞ ilə ekstradisiya sazişi imzalamağı planlaşdırır.

“Report”un məlumatına görə, bu barədə Baş nazir İrakli Kobaxidzenin 2023-cü ilin iyunundan 2024-cü ilin may ayına qədər olan dövr üçün hökumət proqramının icrası ilə bağlı hesabatda deyilir.

Gürcüstan parlamentinin saytında dərc olunan sənəddə qeyd edilir ki, hesabat dövründə Tbilisi və Vaşinqton ekstradisiya haqqında sazişi paraflayıb.

“Sazişin imzalanması və sonrakı ratifikasiya üçün parlamentə təqdim edilməsi 2024-cü ilə planlaşdırılır”, - məlumatda deyilir.


Вернуться назад