Главная > Dünya > CAR-da daşqınlar nəticəsində azı 12 nəfər ölüb

CAR-da daşqınlar nəticəsində azı 12 nəfər ölüb


4-06-2024, 09:41. Разместил: azadses
Cənubi Afrika Respublikasının (CAR) cənub-şərqində daşqınlar nəticəsində azı 12 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə AFP yerli orqanlara istinadən bildirib.

Məlumata görə, Kvazulu-Natal əyalətində beş nəfər ölüb. Bundan əvvəl Şərqi Keyp əyalətində yeddi nəfərin öldüyü bildirilmişdi.

Qeyd olunub ki, 2 mindən çox insan təxliyə edilib. CAR Prezidenti Siril Ramafosa həlak olanların ailələrinə başsağlığı verib.

Daşqınlara güclü yağışlar səbəb olur.


Вернуться назад