Главная > Dünya > Havayda Kilauea vulkanı 50 il aradan sonra püskürməyə başlayıb

Havayda Kilauea vulkanı 50 il aradan sonra püskürməyə başlayıb


4-06-2024, 08:53. Разместил: azadses
ABŞ-nin Havay ştatında Kilauea vulkanı püskürməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

“Kilauea vulkanı püskürür. Yeni püskürmə iyunun 3-də yerli vaxtla təxminən 00:30-da (Bakı vaxtı ilə 14:30-da – red.) başlayıb”, – məlumatda bildirilib. Xidmət qeyd edib ki, püskürmə “insan həyatı və ya kritik infrastruktur üçün bilavasitə təhlükə yaratmır”.

“Associated Press”ə görə, püskürmə sahəsi milli parkın sərhədləri daxilində ucqar ərazidə yerləşir. Orada sonuncu dəfə püskürmə 1974-cü ildə qeydə alınıb və 6 saat çəkib. ABŞ Geoloji Xidməti onun bu dəfə nə qədər davam edəcəyini hələ proqnozlaşdıra bilmir. Püskürmədən öncə yüksək seysmik aktivlik dövrü olub.


Вернуться назад