Главная > Dünya > Britaniya husilərin hərbi obyektlərinə hava zərbələri endirib

Britaniya husilərin hərbi obyektlərinə hava zərbələri endirib


31-05-2024, 13:00. Разместил: azadses
Yəməndə üsyançı husilərin ticarət gəmilərinə hücum üçün istifadə etdikləri obyektlər ABŞ və Böyük Britaniyanın birgə hava hücumlarının növbəti hədəfinə çevrilib.

"Report"un məlumatına görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

"Britaniya hərbi qüvvələri ABŞ qüvvələri ilə birlikdə husilərin Qırmızı dəniz və Ədən körfəzində beynəlxalq gəmiçiliyə hücumu davam etdirmək imkanlarından məhrum olmaları üçün onların hərbi hədəflərinə qarşı birgə əməliyyatda iştirak edib", - Müdafiə Nazirliyi bildirib.

Kəşfiyyat təsdiqləyib ki, Hudeydə yaxınlığındakı iki məntəqə husilərin gəmiçiliklə bağlı hücumları ilə əlaqəlidir və bir sıra binalar İHA-nın yerüstü nəzarəti və çox uzaq mənzilli pilotsuz uçuş aparatlarının, eləcə də silahların saxlanması üçün yerlər kimi müəyyən edilib.

Həmçinin bildirilib ki, zərbələr Yəmən sahilləri boyunca cənubda yerləşən bir obyektə edilib və bu, ticarət gəmilərinə də hücum etmək üçün istifadə olunub.


Вернуться назад