Главная > Dünya > CAR-da 58 nəfər seçki cinayətlərinə görə həbs edilib

CAR-da 58 nəfər seçki cinayətlərinə görə həbs edilib


31-05-2024, 11:15. Разместил: azadses
Cənubi Afrika Respublikası (CAR) polisi ölkədə ümumi seçkilər zamanı 58 nəfəri saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə səsvermə zamanı təhlükəsizlik qüvvələrinin işini əlaqələndirən əməliyyat-kəşfiyyat qurumu (NatJOİNTS) məlumat verib.

Məlumata görə, eyni vaxtda 29 may seçkiləri ilə bağlı 98 cinayət işi açılıb. Həbslər zorakılıq, hədə-qorxu və digər faktlara görə aparılıb.

Cənubi Afrika Respublikasının Müstəqil Seçki Komissiyası səslərin sayılmasını davam etdirir. Seçki məntəqələrinin 34,5 %-dən alınan bülletenlər sayılıb. Hakim "Afrika Milli Konqresi" Partiyası 42,3 % səslə liderlik edir. Siyahıda ondan sonra "Demokratik Alyans" (24,6 %), "İqtisadi azadlıq mübarizləri" (9,1%) partiyaları gəlir.

Seçkilərdə 70 partiya və bir qrup müstəqil namizəd iştirak edib. Nəticələrə əsasən, respublika prezidentini seçəcək Milli Assambleyanın (parlamentin aşağı palatası) yeni tərkibi formalaşdırılacaq. "Afrika Milli Konqresi" Partiyası hazırkı dövlət başçısı Siril Ramaposun namizədliyini irəli sürüb.


Вернуться назад