Главная > Dünya > Trüdo Qəzzada münaqişənin sona çatması prosesi ilə bağlı işə başlandığını açıqlayıb

Trüdo Qəzzada münaqişənin sona çatması prosesi ilə bağlı işə başlandığını açıqlayıb


30-05-2024, 08:00. Разместил: azadses
Kanada və müttəfiqləri Fələstinin tanınması ilə iki dövlətin dinc birgəyaşayışı əsasında İsrail-Fələstin münaqişəsinə son qoymaq üçün prosesə başlamağa səy göstərirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo parlamentdə çıxışı zamanı deyib.

“Biz regiondakı tərəfdaşlarımız, müttəfiqlərimiz və dostlarımızla təhlükəsiz və tanınmış Fələstin dövləti ilə iki dövlətli [dinc birgəyaşayış] prinsipi əsasında prosesə başlamaq üçün işləyirik”, – o deyib.

Trüdo həmçinin anklav ərazisinə daxil olan humanitar yardımın həcmini əhəmiyyətli dərəcədə artırmağa çağırıb.


Вернуться назад