Главная > Dünya > Bəşəriyyət tarixində ən yaxşı 10 musiqi albomunun adı açıqlandı

Bəşəriyyət tarixində ən yaxşı 10 musiqi albomunun adı açıqlandı


24-05-2024, 18:05. Разместил: azadses
Apple Music" şirkəti bəşəriyyət tarixində ən yaxşı 10 musiqi albomunun reytinqini dərc edib.

Siyahıda birinci yerdə Loren Hillin "The Miseducation of Lauryn Hill" albomu qərarlaşıb. Çünki ekspertlər hesab ediblər ki, məhz onun müasir musiqiçilərə və onların yaradıcılığına ən böyük təsiri olub. İkinci yerdə Maykl Ceksonun 1982-ci ildə buraxılmış "Triller" albomu, üçüncü yerdə isə "The Beatles" qrupunun "Abbey Road" gəlir. Dördüncü və beşinci yerləri müvafiq olaraq "Prince & The Revolution"nın "Purple Rain" və Frank Ouşenin "Blonde" albomları tutub.

Altıncı yerdə Stiv Uonder və onun "Songs in the Key of Life" albomu, yeddincidə reper Kendrik Lamarın "Good kid, m.A.A.d city" (Deluxe Version) albomu gəlir. Reytinqdə qalan üç yeri Emi Uaynhaus "Back to Black" (2006), "Nirvana" qrupunun "Nevermind" (1991) və Beyonsun "Lemonade" (2016) albomları tutub.

Mənbə: Gazeta.ru


Вернуться назад