Главная > Dünya > FED ABŞ-də inflyasiya ilə mübarizədə irəliləyişin olmamasından narahatdır
FED ABŞ-də inflyasiya ilə mübarizədə irəliləyişin olmamasından narahatdır23-05-2024, 11:17. Разместил: azadses |
ABŞ-nin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sisteminin (FED) rəhbər komitəsinin üzvləri inflyasiyanın 2 %-lik hədəfə endirilməsində irəliləyişin olmaması ilə bağlı narahatlıqlarını ifadə ediblər. "Report"un məlumatına görə, bunu maliyyə tənzimləyicisi rəhbərliyinin aprelin 30-u - mayın 1-də keçirilən iclasının çərşənbə günü yaydığı hesabat göstərir. “İclas iştirakçıları qeyd ediblər ki, bir ildə inflyasiyanın zəifləməsinə baxmayaraq, son aylar komitənin qarşıya qoyduğu 2 %-lik hədəfə nail olmaq istiqamətində heç bir irəliləyiş yoxdur”, - protokolda deyilir. Vurğulanır ki, müxtəlif iştirakçılar inflyasiya riskləri bu cür hərəkətlərin uyğun olacağı şəkildə reallaşarsa, siyasəti daha da sərtləşdirməyə hazır olduqlarını qeyd ediblər. Başqa sözlə, söhbət baza faiz dərəcəsinin artırılmasından gedə bilər. Lakin iclasın yekunlarına dair mətbuat konfransında FED-in sədri Cerom Pauell növbəti addımın uçot dərəcəsinin artırılması olacağına şübhə etdiyini bildirib. Son iclasda rəhbər komitənin üzvləri inflyasiyadan getdikcə daha çox narahat olublar və faiz dərəcəsinin azaldılması istiqamətində irəliləyişə inamlarının olmadığını bildiriblər. Вернуться назад |