Главная > Dünya > Nigerdə silahlı hücum nəticəsində 20-yə yaxın insan həlak olub
Nigerdə silahlı hücum nəticəsində 20-yə yaxın insan həlak olub23-05-2024, 10:29. Разместил: azadses |
Nigerin cənub-qərbində silahlı hücum nəticəsində 20-yə yaxın insan həlak olub. “Report”un məlumatına görə, bu barədə “Agence France-Presse” yerli radiostansiyaya istinadən xəbər yayıb. Məlumata görə, hücum mayın 20-də Tillaberi regionundakı kəndlərdən birində baş verib. Təfərrüatlar açıqlanmır. Qeyd edək ki, Nigerin Mali və Burkina-Faso ilə sərhədlərin yaxınlığında yerləşən cənub-qərb bölgələri birinci dəfə deyil ki, ekstremist və terrorçu qrupların fəallığının artdığı zona olaraq qalır. Вернуться назад |