Главная > Dünya > Beynəlxalq Buker Mükafatı qalibinin adı açıqlanıb

Beynəlxalq Buker Mükafatı qalibinin adı açıqlanıb


22-05-2024, 08:51. Разместил: azadses
Alman yazıçısı Cenni Erpenbek ingilis dilində yazılmış “Kairos” romanına görə 2024-cü ilin nüfuzlu Beynəlxalq Buker Mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, bu barədə Londonda keçirilən mükafatlandırma mərasimi zamanı məlum olub.

Mükafatın münsiflər heyətinin sədri kanadalı yazıçı Eleanor Vaxtel olub. Mərasimin yayımı mükafatın saytında yerləşdirilib.

Qalib 50 min funt-sterlinq (təxminən 63,5 min dollar) məbləğində mükafat alacaq. Qaydalara uyğun olaraq, Erpenbek pul mükafatını kitabın ingilis dilinə tərcüməçisi, alman şairi Mixael Hofman ilə bölüşməyə borcludur.

Qeyd edək ki, bundan əvvəl irlandiyalı yazıçı Pol Linç “Peyğəmbərin nəğməsi” romanına görə 2023-cü il ədəbiyyat üzrə Buker Mükafatını qazanmışdı.


Вернуться назад