Главная > Dünya > ABŞ və İsrail Rəfah əməliyyatının alternativini müzakirə ediblər

ABŞ və İsrail Rəfah əməliyyatının alternativini müzakirə ediblər


21-05-2024, 15:32. Разместил: azadses
İsraildə rəsmi səfərdə olan Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan yəhudi dövlətinin hakimiyyət orqanları ilə Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyat keçirmək üçün alternativ variantları müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məsləhətləşmələrdən sonra verilən açıqlamada qeyd olunub ki, İsrail rəsmiləri Amerika tərəfinin ifadə etdiyi narahatlıqları nəzərə alaraq, Rəfahda Fələstinin radikal HƏMAS hərəkatını məğlub etmək üçün yeni alternativ yanaşmalar barədə C. Sallivana bildiriblər.

Amerika liderinin müşaviri qeyd edib ki, İsrail və Misir arasında Rəfah keçid məntəqəsinin fəaliyyətinin bərpası ilə bağlı danışıqlar Qəzza zolağının ehtiyacı olan sakinlərinə əhəmiyyətli miqdarda humanitar yardım göstərmək üçün həlledici əhəmiyyətə malikdir.


Вернуться назад