Главная > Dünya > Niderland Ukraynanı uzaqdan idarə olunan zirehli maşınlarla təmin edəcək

Niderland Ukraynanı uzaqdan idarə olunan zirehli maşınlarla təmin edəcək


21-05-2024, 11:19. Разместил: azadses
Niderland Ukraynaya uzaqdan idarə olunan zirehli maşınlar göndərəcək.

“Report”un məlumatına görə, bu barədə Niderlandın Müdafiə Nazirliyinə məlumat verilib.

Nazirlik qeyd edib ki, belə zirehli texnika ekipajın silahı içəridən idarə etməsinə imkan verir və döyüş meydanında atəş dəstəyi təmin edə bilir. Krallığın müdafiə naziri Kaysa Ollonqren bildirib ki, zirehli maşın Ukrayna üçün çox vacibdir:

“O, manevr qabiliyyətinə malikdir, qoşunları sürətlə hərəkət etdirə bilir və kəşfiyyat, hücum və müdafiə məqsədləri üçün istifadə olunur. Uzaqdan idarə olunan silahlar atıcıya əlavə təhlükəsizlik təmin edir”.

Zirehli maşınların Kiyevə dəqiq çatdırılma vaxtı və onların sayı açıqlanmayıb.


Вернуться назад