Главная > Dünya > Drezdendə ildırım vurması nəticəsində 10 nəfər xəsarət alıb

Drezdendə ildırım vurması nəticəsində 10 nəfər xəsarət alıb


21-05-2024, 09:41. Разместил: azadses
Almaniyanın şərqində yerləşən Drezdendə ildırım vurması nəticəsində azı 10 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, bu barədə DPA agentliyi şəhər yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər ağır xəsarət alıb, onlardan ikisi reanimasiya şöbəsinə yerləşdirilib, daha 6 nəfər isə əzalarında uyuşmadan şikayətlənib.

İddiaya görə, insanlar restoranın talvarının altında gizlənərkən metal dayağa ildırım düşüb. Hadisə yerinə helikopter də cəlb edilib.


Вернуться назад