Главная > Dünya > Yaponiya və Cənubi Koreya hərbçilərin mübadiləni bərpa etmək niyyətindədir

Yaponiya və Cənubi Koreya hərbçilərin mübadiləni bərpa etmək niyyətindədir


20-05-2024, 10:30. Разместил: azadses
Tokio və Seul hökumətləri 2018-ci ilin dekabrında Cənubi Koreyanın Hərbi Dəniz Donanması gəmisinin Yaponiyanın patrul təyyarəsini radarla ələ keçirdiyi hadisədən sonra iki ölkənin hərbçiləri arasında dayandırılmış mübadiləni bərpa etmək niyyətindədirlər.

“Report” xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, tərəflər mayın 31-dən iyunun 2-dək Sinqapurda keçiriləcək Asiyada təhlükəsizlik konfransı zamanı iki ölkənin müdafiə nazirlərinin görüşünün təşkili üçün razılıq əldə ediblər. Bunun üçün tərəflər 2018-ci ildə baş verdiyi kimi gələcək hadisələrin qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında sənəd hazırlaya bilərlər.

Bundan əlavə, nazirlər və yüksək vəzifəli dövlət məmurları səviyyəsində qarşılıqlı səfərlərin təşkili də mümkündür.


Вернуться назад