Главная > Dünya > Rusiya XİN: NATO-ya hücum etmək niyyətində deyilik

Rusiya XİN: NATO-ya hücum etmək niyyətində deyilik


17-05-2024, 09:40. Разместил: azadses
Rusiya NATO-ya hücum etmək niyyətində deyil, bu barədə mülahizələr isə cəfəngiyyatdır.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a müsahibəsində söyləyib.

“Qərb qrupundakı yekəxanalarla yanaşı, baş verənlərlə bağlı müzakirələrə təzə fikirlər gətirdiyini sanan bir çox modaçılar da var. Məsələn, Vaşinqtonun əmri ilə 2024-cü ilin yaz-yay mövsümünün modası Rusiya Prezidenti Vladimir Putinin Ukraynada dayanmayacağı, mütləq digər NATO ölkələrinə hücum edəcəyi ideyasına çevrilib. Bu, tamamilə absurddur”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukraynanın məğlub olacağı təqdirdə Rusiya rəhbərliyinin “dayanmayacağı” və “regionda daha aqressiv addımlar atacağı” fikrini bildirmişdi.


Вернуться назад