Главная > Dünya > Nyu-Yorkda ermənipərəst senator Menendeslə bağlı münsiflər heyəti seçilib
Nyu-Yorkda ermənipərəst senator Menendeslə bağlı münsiflər heyəti seçilib16-05-2024, 10:19. Разместил: azadses |
Nyu-Yorkun Cənub Dairəsi məhkəməsi korrupsiyada təqsirləndirilən Nyu-Cersi ştatından olan ABŞ senatoru Robert Menendesin işinə baxacaq andlı iclasçılar seçib. “Report”un məlumatına görə, bu barədə ABC televiziyası məlumat yayıb. Münsiflər heyətinə keçmiş iqtisadçı, fizioterapevt və hüquqşünas daxil olub. Münsiflərin adları açıqlanmır. Xatırladaq ki, 2023-cü ilin sentyabrında senatora qarşı onun həyat yoldaşı Nadine Menendes (Arslanyan) ilə birlikdə Nyu Cersidən olan üç iş adamı ilə korrupsioner münasibətlərdə olması və yüz minlərlə dollar rüşvət alması ittihamı irəli sürülüb. Senator nağd pul, qızıl külçələr, bahalı avtomobillər və digər qiymətli əşyalar alıb. Bundan başqa ABŞ Ədliyyə Departamenti Nyu Cersidən olan ermənipərəst senator Robert Menendesə qarşı əlavə ittihamlar irəli sürüb və onu Misir üçün qeydiyyatdan keçməmiş xarici agent kimi işləməkdə ittiham edib. Daha sonra məlum ki, Qızğın ermənipərəst mövqe ilə seçilən Menendes əlavə olaraq rüşvət almaqda və Qətərə casusluqda ittiham olunub. Вернуться назад |