Главная > Dünya > ABŞ-də İsrail əleyhinə etirazlarında iştirak edənlərin Qəzzaya göndərilməsi nəzərdən keçirilir

ABŞ-də İsrail əleyhinə etirazlarında iştirak edənlərin Qəzzaya göndərilməsi nəzərdən keçirilir


9-05-2024, 10:29. Разместил: azadses
Konqresin Nümayəndələr Palatasının Respublikaçı Partiyasından olan üzvləri tələbə kampusunda qanunu pozmuş şəxslərin Qəzza zolağına göndərilməsini nəzərdə tutan qanun layihəsi irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalı bildirib.

Qanun layihəsi mayın 8-də Tennessi ştatından respublikaçı Endi Oqlsla konqresmenlər Rendi Veber və Ceff Dunkan tərəfindən ölkə daxilində tələbə kampuslarında davam edən İsrail əleyhinə nümayişlərə cavab olaraq təqdim edilib.

Məhkumlar İsrailin İsrailin hərbi əməliyyatlar keçirdiyi Qəzza zolağında azı altı ay ictimai xidmət göstərməyə məcbur olacaqlar.

“Əgər siz terror təşkilatını dəstəkləyirsinizsə və kampuslarda qanunsuz fəaliyyətlərlə məşğul olursunuzsa, öz əlacınıza baxmalısınız. Əminəm ki, bu HƏMAS tərəfdarları bir gün də dözə bilməzlər, ancaq gəlin onlara bu fürsəti verək”, – Rendi Veber vurğulayıb.

Bununla belə, “Fox News” qanun layihəsinin təsdiqlənməyəcəyini güman edir. Sənəd Nümayəndələr Palatasından keçsə belə, Senat, yəqin ki, onu rədd edəcək.

Xatırladaq ki, aprelin 30-dan mayın 1-nə keçən gecə Nyu-York polisi fələstinyönümlü etirazçıların toplandığı Kolumbiya Universitetinin kampusuna basqın etmişdi. Olaydan bir neçə saat sonra univeristet rəhbərliyi Nyu-York Polis Departamentinə məktub göndərərək asayiş keşikçilərinin mayın 17-dək kampusda qalmalarını xahiş etmişdi. Sabiq dövlət başçısı, prezidentliyə namizəd Donald Tramp isə hazırkı Prezident Cozef Baydeni tənqid edərək “onun nəsə etməyə qadir olduğunu düşünmədiyini” bildirib.


Вернуться назад