Главная > Dünya > Vyetnamda yüzlərlə insan qidadan zəhərlənib

Vyetnamda yüzlərlə insan qidadan zəhərlənib


7-05-2024, 08:49. Разместил: azadses
Vyetnamda 560-dan çox insan qida zəhərlənməsi səbəbindən xəstəxanaya yerləşdirilib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Donqnay əyalətinin Lonqxan şəhərinin səlahiyyətliləri bir neçə gün əvvəl zəhərlənənlərin sağlıq durumu ilə bağlı açıqlama yayıb.

Açıqlamada zəhərlənən 560-dan çox insandan 12 nəfərin vəziyyətinin ağır olduğu, 200 nəfərin xəstəxanalardan evə buraxıldığı bildirilir.

Regional səhiyyə idarəsi bildirib ki, ağır xəstələrdən alınan qan nümunələrində təzə ət, pendir və meyvələrdə rast gəlinən bağırsaq çöpü bakteriyası aşkarlanıb.

Rəsmi qurumlar çörək zavodunun gündə orta hesabla 1 100 sendviç istehsal etdiyini bildiriblər. Qeyd edilir ki, qida zəhərlənməsi əlaməti ilə xəstəxanaya müraciət edənlərin sayı hər gün artıb.

Zavod müvəqqəti bağlanıb. İlkin yoxlamalar zamanı orada qida təhlükəsizliyi pozuntuları aşkarlanıb, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.


Вернуться назад