Главная > Dünya > Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb


4-05-2024, 13:00. Разместил: azadses
Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb.

Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub.

“Peyvəndləmə aparmaq üçün bölgələrə həkim qrupları göndərilib, onlar xəstəliyin yayılmasını qabaqlayırlar”, – agentlik Tanqvamidən sitat gətirib. O əlavə edib ki, qızılca xəstəliyinin əlamətləri olan 200-ə yaxın xəstə müəyyən edilib, onlardan 42 nəfər ölüb.

Qeyd edək ki, Nigeriyanın şimalında, demək olar, hər il qızılca epidemiyası baş verir ki, bu da əhalinin peyvənd edilməsində çətinliklər, o cümlədən terrorçu qrupların hərəkətləri nəticəsində yaranır.


Вернуться назад