Главная > Dünya > Yaponiya və ABŞ silah hazırlanmasına 3 milyard dollar xərcləyəcək
Yaponiya və ABŞ silah hazırlanmasına 3 milyard dollar xərcləyəcək3-05-2024, 11:18. Разместил: azadses |
Yaponiya və ABŞ hipersəs hədəflərini məhv etmək üçün nəzərdə tutulan yeni raketin birgə hazırlanmasına təxminən 460 milyard yen (indiki məzənnə ilə təxminən 3 milyard dollar) xərcləməyi planlaşdırır. “Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Nəşrin mənbələrinə görə, Yaponiya tərəfi bu məqsədlər üçün 1 milyard dollara yaxın vəsait ayıracaq. Ən yeni raketin hazırlanmasının 2030-cu illərin ikinci yarısında tamamlanmasının planlaşdırıldığı vurğulanır. Bundan əvvəl Tokio və Vaşinqtonun hipersəs hədəflərini aşkarlamaq və izləmək üçün nəzərdə tutulan peyklərin birgə şəbəkəsini inkişaf etdirməyi və yaratmağı planlaşdırdığı da əvvəllər bildirilmişdi. Вернуться назад |