Главная > Dünya > Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib

Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib


27-04-2024, 15:29. Разместил: azadses
Norveç hakimiyyəti əvvəllər göndərdiyi “Leopard 2 A4” tanklarının saxlanması üçün Kiyevə 13 milyon dollar göndərib.

"Report"un məlumatına görə, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

Nazirin ölkənin hökumət saytında dərc olunmuş bəyanatına əsasən Norveç daha əvvəl “səkkiz Leopard 2 A4 tankı və təminat maşınını” göndərib.

"Ehtiyacı nəzərə alaraq, bağışlanan avadanlıqların təmiri və istismarı üçün Norveç Polşadakı bir xidmət mərkəzində “Leopard 150 A2” tanklarının saxlanılması üçün 13 milyon kron ayıracaq", - Qramın açıqlamasında bildirilir.


Вернуться назад