Главная > Dünya > Cənubi Koreyanın kiçik peyki “Neonsat-1” orbitə buraxılıb

Cənubi Koreyanın kiçik peyki “Neonsat-1” orbitə buraxılıb


24-04-2024, 14:00. Разместил: azadses
Cənubi Koreyanın “Neonsat-1” kiçik peyki Yeni Zelandiyadakı kosmodromdan atılan “Rocket Lab”la istifadə ilə hədəf orbitinə buraxılıb.

"Report"un məlumatına görə, bu barədə Koreya Respublikasının Elm, İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi xəbər yayıb.

Peyk 50 dəqiqə sonra 520 km yüksəkliyə buraxılıb. “Neonsat-1” Koreya Respublikasının Elm və Texnologiya İnstitutu tərəfindən hazırlanıb və yarımadanın monitorinqi üçün nəzərdə tutulub.

Ümumilikdə 11 “Neonsat-1” peykinin orbitə çıxarılması planlaşdırılır. Beş peykin 2026-cı ilin iyununda, daha beş peykin isə 2027-ci ilin sentyabrında orbitə buraxılacağı gözlənilir.


Вернуться назад