Главная > Dünya > Budanov: Rusiyalılar Ukraynanı işğal etməyi, biz isə Moskvada qələbə paradı xəyal edirik

Budanov: Rusiyalılar Ukraynanı işğal etməyi, biz isə Moskvada qələbə paradı xəyal edirik


18-04-2024, 15:31. Разместил: azadses
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (MN BKİ) rəisi general-leytenant Kirilo Budanov Ukraynadakı müharibənin necə bitəcəyinə dair proqnozlara ehtiyatla yanaşıb.

“Report” xəbər verir ki, bu barədə hərbi kəşfiyyat rəhbəri “The Washington Post”a müsahibəsində danışıb.

Budanov Rusiyanın mümkün parçalanmasına “etiraz etməyəcəyini” bildirib.

“Rusiyalılar bütün Ukraynanı işğal etməyi, biz isə qələbə paradını... Moskvada keçirməyi xəyal edirik. Başqa sözlərlə, istənilən nəticə az ehtimal olunur”, – hərbi kəşfiyyat rəisi vurğulayıb.

Onun sözlərinə görə, müharibə, Rusiyadakı iqtidar dəyişmədikcə, davam edəcək. Nəşrin jurnalisti həmçinin “danışıqlar yolu ilə Koreya həlli” haqqında soruşub. Budanov isə cavabında dəqiqləşdirib: “Ukraynanın Şimali Koreya olmasını istəyirəmmi deyə soruşursunuz?”.

Xatırladaq ki, daha əvvəl Ukrayna MN BKİ rəisi Kirilo Budanov Almaniyanın ARD telekanalına müsahibəsində Rusiya ordusunun yazın sonu – yayın əvvəlində hücumu gücləndirəcəyini irəli sürmüş, işğalçı qoşunların strateji istiqamətinin Pokrovsk şəhəri olduğunu bildirmişdi.


Вернуться назад