Главная > Dünya > Nikaraquada güclü zəlzələ olub
Nikaraquada güclü zəlzələ olub18-04-2024, 11:18. Разместил: azadses |
Nikaraquada güclü zəlzələ olub Nikaraquada 5,5 maqnitudalı zəlzələ olub. “Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri təxminən 130 min nəfər əhalisi olan Masaya şəhərindən 124 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 151 km dərinlikdə olub. Təbiət hadisəsi 01:21-də qeydə alınıb. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Вернуться назад |