Главная > Dünya > Tatarıstanda yeniyetmələri hərbi zavodlarda işə cəlb edəcəklər
Tatarıstanda yeniyetmələri hərbi zavodlarda işə cəlb edəcəklər17-04-2024, 18:00. Разместил: azadses |
Tatarıstanda 14 yaşından yeniyetmələrin müəssisələrdə, o cümlədən müdafiə müəssisələrində işlə təmin olunması təcili vəzifə kimi formalaşdırılıb və bu, regional məşğulluğun təşviqi proqramına salınıb. Məmurların hazırladığı proqramda qeyd olunub ki, əmək qabiliyyətli əhalinin azalması səbəbindən fabriklərdə gənclərə ehtiyac yaranıb və bu, 1990-cı illərin demoqrafik boşluğunun nəticəsidir. Proqramın məqsədi 15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsini 11%-ə endirməkdir. Tatarıstanın Əmək Məcəlləsinə yeniyetmələrə 16 yaşından təhlükəli istehsalatda işləməyə icazə verən dəyişikliklər layihəsi artıq respublikanın Dövlət Şurası tərəfindən hazırlanıb. Mənbə: kommersant.ru Вернуться назад |