Главная > Dünya > Çin ABŞ-dan onun hüquq və maraqlarına hörmət etməyi tələb edib

Çin ABŞ-dan onun hüquq və maraqlarına hörmət etməyi tələb edib


17-04-2024, 13:59. Разместил: azadses
Çinin müdafiə naziri Dun Çzyun Amerika rəhbərliyindən ölkəsinin hüquqlarını və milli maraqlarını nəzərə almağı tələb edib.

“Report” xəbər verir ki, bu barədə Çin hərbi idarəsinin rəsmi saytında məlumat verilib.

Nəşr qeyd edib ki, Dun Çzyun müvafiq açıqlamanı Pentaqon rəhbəri Lloyd Ostinlə söhbəti zamanı verib. Onun sözlərinə görə, Vaşinqton Pekinin regiondakı vəziyyətlə bağlı qəti mövqeyini tanımalıdır.

“Birləşmiş Ştatlar Çin Xalq Respublikasının ərazi suverenliyinə, onun Cənubi Çin dənizindəki dəniz hüquqlarına və maraqlarına həqiqətən hörmət etməlidir”, - nazir vurğulayıb.


Вернуться назад