Главная > Dünya > Yaponiya sahillərində 5,9 maqnitudada zəlzələ baş verib
Yaponiya sahillərində 5,9 maqnitudada zəlzələ baş verib16-04-2024, 08:00. Разместил: azadses |
Yaponiya sahillərində 5,9 maqnitudada zəlzələ qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri 17,8 min nəfərin yaşadığı Nisinoomote şəhərindən (Küsü adası) 157 km cənub-şərqdə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. Вернуться назад |