Главная > Dünya > CENTCOM: ABŞ İran və Yəməndən atılmış 80-dən çox PUA-nı məhv edib

CENTCOM: ABŞ İran və Yəməndən atılmış 80-dən çox PUA-nı məhv edib


15-04-2024, 12:09. Разместил: azadses
ABŞ ordusu İran və Yəməndən İsrailə atılmış 80-dən çox PUA və azı 6 ballistik raketi məhv edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Aprelin 13-ü və 14-ü səhər saatlarında ABŞ Mərkəzi Komandanlığı qüvvələri ABŞ-nin Avropa Komandanlığının esmineslərinin dəstəyi ilə İran və Yəməndən İsraili vurmalı olan 80-dən çox PUA və azı 6 ballistik raketi uğurla hücum edərək məhv edib”, – komandanlığın açıqlamasında diqqətə çatdırılıb.

Məhv edilmiş raketlər arasında husilərin nəzarəti altında olan Yəməndə yerləşən bir buraxılış qurğusu və yeddi PUA da var.

“CENTCOM İsrailin müdafiəsini dəstəkləməyə sadiqdir və biz regional təhlükəsizliyi artırmaq üçün regional tərəfdaşlarımızla işləməyə davam edəcəyik”, – qeyd olunub.


Вернуться назад