Главная > Dünya > Papua Yeni-Qvineyada güclü zəlzələ olub
Papua Yeni-Qvineyada güclü zəlzələ olub15-04-2024, 08:54. Разместил: azadses |
Papua Yeni-Qvineyada 6,5 maqnitudalı zəlzələ olub. “Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib. Xidmətin verilənlərinə əsasən, yeraltı təkanlar ölkənin Yeni Britaniya adasında baş verib. Zəlzələnin ocağı 49 km dərinlikdə yerləşib. Təbiət hadisəsi yerli vaxtla 06:56-da (Bakı vaxtı ilə 00:56-də) qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilməyib. Xatırladaq ki, ötən ay Okeaniya ölkəsində baş vermiş zəlzələ nəticəsində üç nəfər ölmüşdü. Вернуться назад |