Главная > Dünya > Sloveniya Fələstinin BMT-yə üzvlüyünü dəstəkləmək niyyətindədir
Sloveniya Fələstinin BMT-yə üzvlüyünü dəstəkləmək niyyətindədir12-04-2024, 13:55. Разместил: azadses |
Sloveniya Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) daimi üzv kimi daxil olmaq istəyini dəstəkləməyi planlaşdırır. “Report”un məlumatına görə, bunu Sloveniyanın baş nazirinin ofisində milli və beynəlxalq təhlükəsizlik üzrə dövlət katibi Voyko Volka bildirib. “Sloveniya, Fransa və Malta ilə birlikdə səmimiyyətinə inandığı Fələstinin müraciətini dəstəkləyəcək. Sloveniya əmindir ki, Fələstinin BMT-də olması və beynəlxalq təşkilatda söz hüququna malik olması vacibdir”, - Volk bildirib. Fələstin 2012-ci ilin noyabrından BMT-də müşahidəçi dövlətdir. 2019-cu ilə olan məlumata görə, onun müstəqilliyi BMT-yə üzv olan 193 dövlətdən 138-i tərəfindən tanınıb. Вернуться назад |