Главная > Dünya > Pakistan yenidən BMT-nin Cinayətkarlığın Qarşısının Alınması Komissiyasına seçilib
Pakistan yenidən BMT-nin Cinayətkarlığın Qarşısının Alınması Komissiyasına seçilib11-04-2024, 12:09. Разместил: azadses |
Pakistan yenidən yekdilliklə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cinayət Ədliyyəsi və Cinayətlərin qarşısının alınması Komissiyasına (CCPCJ) üzv seçilib. “Report” bu barədə “Bol News” telekanalına istinadən xəbər verir. Məlumata görə, CCPCJ-ə seçkilər çərşənbə axşamı BMT-nin İqtisadi və Sosial Şurasının iclasında baş tutub. Pakistan nümayəndə heyətinin komissiyadakı işi 2027-ci ilə qədər uzadılıb ki, bu da beynəlxalq ictimaiyyətin ölkənin BMT-dəki müsbət rolunu etiraf etməsini əks etdirir. Вернуться назад |