Главная > Dünya > ABŞ institutu: Ermənistandakı Rusiya hərbi səlahiyyətliləri İrəvana təzyiqləri artırır

ABŞ institutu: Ermənistandakı Rusiya hərbi səlahiyyətliləri İrəvana təzyiqləri artırır


10-04-2024, 13:53. Разместил: azadses
Ermənistandakı Rusiya hərbi səlahiyyətliləri rəsmi İrəvana təzyiqləri artırır.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, bu, ikitərəfli münasibətlərin pisləşməsi ilə bağlıdır.

Analitiklərin fikrincə, aprelin 9-da Rusiya hərbi polisinin Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasında Rusiya vətəndaşı Anatoli Şçetini saxlaması da bu təzyiqlərin təzahürüdür: “Rusiya hərbi polisi 2023-cü ilin dekabrında da Ermənistanda Rusiya vətəndaşını fərariliyə görə saxlamışdı. Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətin bu qanunsuz hərəkətlərə qarşı dözümlü yanaşmayacağını bildirib”.


Вернуться назад