Главная > Dünya > Cənubi Koreya və ABŞ KXDR-in qarşısını almaq üçün danışıqlar aparacaq
Cənubi Koreya və ABŞ KXDR-in qarşısını almaq üçün danışıqlar aparacaq8-04-2024, 17:09. Разместил: azadses |
Cənubi Koreya və ABŞ bu həftə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, Şimali Koreyanın nüvə və raket təhdidlərinin qarşısının alınması yollarını müzakirə edəcəklər. Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir. Koreya-Amerika inteqrasiya müdafiə dialoqu cümə axşamı Vaşinqtonda keçiriləcək. Qeyd olunur ki, danışıqlar zamanı müttəfiqlər ötən ilin noyabrında rəhbərləri tərəfindən təsdiqlənmiş "ABŞ və Koreya Respublikası İttifaqının müdafiə sahəsində Konsepsiyasının" həyata keçirilməsi yollarını müzakirə etməyi planlaşdırırlar. Konsepsiya Şimali Koreyaya qarşı "genişləndirilmiş çəkindirmə" səylərinin gücləndirilməsini və həmfikir tərəfdaşlarla regional təhlükəsizlik əməkdaşlığının gücləndirilməsini əhatə edir. Danışıqlarda Cənubi Koreyanın müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Ço Çanq Re, ABŞ müdafiə nazirinin Hind-Sakit Okean bölgəsindəki təhlükəsizlik məsələləri üzrə köməkçisi Eli Ratner və müdafiə nazirinin Şərqi Asiya üzrə köməkçisinin müavini vəzifəsini icra edən Endryu Uinternis iştirak edəcəklər. Bu həftə keçiriləcək danışıqlar, iyun ayında nüvə məsələləri üzrə məsləhət qrupunun üçüncü iclasına hazırlığın bir hissəsidir. Вернуться назад |