Главная > Dünya > Rusiyada koronavirusa görə peyvənd olunanlardan xəbər var

Rusiyada koronavirusa görə peyvənd olunanlardan xəbər var


17-08-2020, 11:12. Разместил: azadses
Ondan çox könüllü artıq “Vektor” mərkəzi tərəfindən istehsal olunan koronavirus peyvəndi olunub, onların hamısı özünü yaxşı hiss edir.
Bu barədə “Rospotrebnadzor”un (Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti) rəhbəri Anna Popova deyib.
Onun sözlərinə görə, mərkəz COVID-19 əleyhinə peyvəndin ikinci mərhələsinin sınaqlarına başlayıb:
“İkinci mərhələ başladı. Bu gün kliniki sınaqlar aparılır, bütün könüllülər özlərini yaxşı hiss edirlər. Peyvənd heç bir reaksiya vermir, inyeksiya yerində ən kiçik qızartı belə yoxdur”.
Вернуться назад