Главная > Dünya > Sorğu: Çexiya Prezidenti həmvətənlərinin 54 %-nin etimadını qazanıb
Sorğu: Çexiya Prezidenti həmvətənlərinin 54 %-nin etimadını qazanıb6-04-2024, 12:07. Разместил: azadses |
Çexiya Prezidenti Petr Pavel həmvətənlərinin ən böyük etimadını qazanıb. “Report” TASS-a istinadən xəbər verir ki, bunu İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticələri sübut edir. Təxminən 10,8 milyon nəfər əhalisi olan Çexiyada respondentlərin 54 %-i Pavelə etibar edib. O, 2023-cü il martın 9-da dövlət başçısı vəzifəsini icra etməyə başlayandan respublikanın ən populyar siyasətçilərinin reytinqlərində ardıcıl olaraq birinci yerdədir. Prezidentə etimad səviyyəsi ötən yay ilə müqayisədə 1 % azalıb. Hazırda respondentlərin 42 %-i ona etibar etmir. Populyarlıq reytinqində ikinci və üçüncü yerləri keçmiş Baş nazir, ANO hərəkatının (“Narazı Vətəndaşların Aksiyası”) sədri Andrey Babiş və digər müxalifət hərəkatının “Azadlıq və Birbaşa Demokratiya” lideri Tomio Okamura tutur. Respondentlərin müvafiq olaraq 46 % və 40 %-i onlara etimad göstərib, 51 % və 56 % isə etimadsızlıq ifadə edib. Respondentlərin 20 %-i hökumətə, 19 %-i isə Baş nazir Petr Fiala etibar edir. Hökumətin ən populyar üzvü xarici işlər naziri Yan Lipavskidir (24 %). Вернуться назад |