Главная > Dünya > İngiltərə Belarusdakı seçkilərin nəticələrini tanımadı
İngiltərə Belarusdakı seçkilərin nəticələrini tanımadı17-08-2020, 11:11. Разместил: azadses |
İngiltərə hökuməti Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımaqdan imtina edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə İngiltərənin Xarici İşlər naziri Dominik Raab öz “Twitter” hesabında açıqlama verib. Nazir Belarusdakı seçkilərin saxtalaşdırıldığını bildirib və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) vasitəçiliyi ilə seçkilərdən sonra baş verən çoxsaylı qanun pozuntuları və repressiyaların araşdırılmasını tələb edib. Bundan əlavə D.Raab bildirib ki, İngiltərə və onun beynəlxalq tərəfdaşları Belarusda etirazçılara qarşı törədilən zorakılıqlara görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiya tətbiq etməyə hazırdır. “Böyük Britaniya beynəlxalq tərəfdaşlarla birlikdə günahkarları cəzalandırmaq və Belarus hakimiyyətini məsuliyyətə cəlb etmək üçün çalışacaq”,- deyə nazir qeyd edib. Вернуться назад |