Главная > Dünya > Macarıstan NATO-nun Ukraynaya hərbi təchizatı koordinasiya etmək səylərində iştirak etmir
Macarıstan NATO-nun Ukraynaya hərbi təchizatı koordinasiya etmək səylərində iştirak etmir4-04-2024, 11:19. Разместил: azadses |
Macarıstan NATO-nun Ukraynaya hərbi tədarükü koordinasiya etmək fəaliyyətlərində iştirak etməyəcək. “Report” xəbər verir ki, bunu Brüsseldə alyansdan olan həmkarları ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib. Xarici işlər naziri qeyd edib ki, bütün digər NATO ölkələri alyansın Ukraynaya hərbi təchizatda koordinasiya rolunun artırılmasını dəstəkləyir və yalnız Macarıstan buna qarşıdır: “Bu gün biz açıq şəkildə bildirdik ki, Macarıstan bunu istəmir və NATO-nun koordinasiya rolunun planlaşdırılmasında iştirak etməyəcək. Biz bu münaqişədə iştirak etmək üçün silah verməyən və əsgər göndərməyən Macarıstanın mövqeyini müdafiə etməyə davam edəcəyik”. Onun fikrincə, hadisələrin bu cür inkişafı ittifaqı Rusiya ilə münaqişəyə sürüklədiyi üçün təhlükəlidir. Nazir hesab edir ki, bu, “qırmızı xətti keçmək” olacaq, çünki əvvəllər NATO üzvləri Ukrayna münaqişəsində alyans kimi iştirak etməmək qərarına gəliblər və Kiyevi yalnız fərdi qaydada silahla təmin ediblər. Вернуться назад |