Главная > Dünya > İsrail MN: Qəzzadakı müharibənin nəticəsi regiona onilliklər ərzində təsir edəcək
İsrail MN: Qəzzadakı müharibənin nəticəsi regiona onilliklər ərzində təsir edəcək26-03-2024, 16:18. Разместил: azadses |
Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı aparılan müharibənin nəticələri onilliklər ərzində regiona təsir edəcək və İsrail, ABŞ-nin ortaq düşmənlərinə mesaj verəcək. "Report"un xarici mətbuata istinadən məlumatına görə, bunu İsrailin müdafiə naziri Yoav Qalant ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşündə deyib. "Qalant bu yaxınlarda Ağ Evdə Sallivanla danışıqları yekunlaşdırdı. Üz-üzə görüş bir saat yarım davam etdi. Qalant görüş zamanı Qəzza zolağındakı müharibənin nəticələrinin bölgəyə onilliklər ərzində təsir edəcəyini və hər iki ölkənin (İsrail və ABŞ - red.) ümumi düşmənləri üçün bir siqnal olacağını vurğuladı", - İsrailin Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərdə qeyd olunur. “Tərəflər HƏMAS təşkilatı tərəfindən Qəzza zolağında girovların azad edilməsinin təmin edilməsi istiqamətində səyləri, həmçinin HƏMAS-ın inzibati və hərbi imkanlarının məhv edilməsini təmin etmək üçün zəruri tədbirləri müzakirə ediblər”, - mətbuat xidməti əlavə edib. Вернуться назад |