Главная > Dünya > Danimarkanın müdafiə naziri F-16-ların satışı ilə bağlı Argentinaya gedib
Danimarkanın müdafiə naziri F-16-ların satışı ilə bağlı Argentinaya gedib26-03-2024, 09:37. Разместил: azadses |
Danimarka Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarının bir hissəsi Ukraynaya göndəriləcək, qalanları böyük ehtimalla Argentinaya satılacaq. "Report"un məlumatına görə, bunu Danimarkanın müdafiə naziri Troels Lund Pulsen potensial sövdələşmənin çərçivəsini müəyyən etmək üçün Buenos-Ayresə səfərə gedərkən deyib. "Biz 19 təyyarəni Ukraynaya göndərmək qərarına gəldik, qalan 24 təyyarə potensial olaraq başqa ölkəyə satılacaq. İndi bu barədə Argentina ilə real danışıqlar aparırıq", - “Ritzau” agentliyi nazirin sözlərindən sitat gətirir. Bu barədə məlumat uzun müddət gizli saxlanılırdı. Birləşmiş Ştatlar və F-16-nın istehsalçısı “Lockheed Martin” başqa ölkənin təyyarədən istifadəsinə icazə verməli olduğundan, təsdiqləmə prosesi vaxt aparıb. Danimarka sövdələşmənin gələn ayın əvvəlində yekunlaşacağına ümid edir. Вернуться назад |