Главная > Dünya > Muğlada zəlzələ olub

Muğlada zəlzələ olub


25-03-2024, 10:29. Разместил: azadses
Türkiyənin Muğla şəhərinin Köyceğiz rayonunda 4 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

Qurumun verilənlərinə əsasən, yerli vaxtla 05:04-də (Bakı vaxtı ilə 06:04) qeydə alınmış zəlzələnin ocağı 7,09 km dərinlikdə yerləşib. Təbiət hadisəsinin episentri rayonun Karaçam yaşayış məntəqəsindən 1,54 km məsafədə olub.

Yerli sosial şəbəkə istifadəçiləri zəlzələni hiss etdiklərini bildiriblər.


Вернуться назад