Главная > Dünya > BMT-nin Baş katibi Moskva vilayətindəki terror aktını pisləyib

BMT-nin Baş katibi Moskva vilayətindəki terror aktını pisləyib


23-03-2024, 11:19. Разместил: azadses
BMT-nin Baş katibi Antoniu Quterreş “Krokus siti holl”dakı terror aktını qətiyyətlə pisləyir və Rusiya Federasiyasının xalqı və hökumətinə başsağlığı verir.

“Report” xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsinin müavini Fərxan Haqın yaydığı bəyanatda qeyd olunub.

“Baş katib bu gün Moskva vilayətindəki konsert zalında 40 nəfərin ölümü (ölənlərin sayı 60-ı ötüb – red.) və 100-dən çox insanın yaralanması ilə nəticələnmiş terror aktını ən kəskin şəkildə pisləyir. Baş katib həlak olanların ailələrinə, Rusiya Federasiyasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir”, – sənəddə deyilib.

Quterreş həmçinin zərərçəkmişlərin tezliklə sağalmasını diləyib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 60-dan çox insan ölüb, 147 nəfər yaralanıb.

Rusiya Prezidenti “Krokus siti holl”a hücumla bağlı rusiyalılara müraciət etməyib. “RİA Novosti” müraciətin anonsunu versə də, sonradan elanı “texniki xəta” adlandırıb.


Вернуться назад