Главная > Dünya > Türkmənistan XİN Moskva vilayətindəki terror aktını pisləyib
Türkmənistan XİN Moskva vilayətindəki terror aktını pisləyib23-03-2024, 10:30. Разместил: azadses |
Türkmənistan Moskva vilayətindəki terror aktını pisləyib və həlak olmuşların yaxınlarına başsağlığı verib. Bu barədə “Report”a Türkmənistanın Xarici İşlər Nazirliyindən bildirilib. “Türkmənistan 22 mart 2024-cü il tarixində Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktını qətiyyətlə pisləyir. Mərhumların ailələrinə və yaxınlarına başsağlığı və dəstəyimizi bildiririk. Bütün yaralılara şəfa diləyirik”, – xarici siyasət idarəsi qeyd edib. Xatırladaq ki, martın 22-də Azərbaycan XİN Rusiyaya başsağlığı verib. Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 60-dan çox insan ölüb, 147 nəfər yaralanıb. Rusiya Prezidenti “Krokus siti holl”a hücumla bağlı rusiyalılara müraciət etməyib. “RİA Novosti” müraciətin anonsunu versə də, sonradan elanı “texniki xəta” adlandırıb. Вернуться назад |