Главная > Dünya > Rusiyada hakerlərin fəaliyyəti qanuniləşdirilə bilər
Rusiyada hakerlərin fəaliyyəti qanuniləşdirilə bilər22-03-2024, 09:41. Разместил: azadses |
“Vahid Rusiya” və “Yeni İnsanlar” partiyasından olan bir qrup deputat Rusiyada “ağ” hakerlərin leqallaşdırılması ilə bağlı qanun layihəsi hazırlayıb və yaxın vaxtlarda Dövlət Dumasına təqdim edəcəklər. “Report” xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb. Qeyd olunub ki, yeni qanuna əsasən şirkətlər öz şərtləri ilə “ağ” hakerləri cəlb etməklə informasiya sistemlərinin zəif tərəflərini müəyyən etmək üçün fəaliyyətlər həyata keçirə biləcəklər. “Belə sınaqlar penetrasiya sınağı formasında həyata keçirilir ki, bu zaman sifarişçi konkret podratçıya informasiya sisteminə nüfuz etmək üçün müxtəlif ssenarilər hazırlamağı və orada müəyyən informasiya təhlükəsizliyi təhdidlərinin həyata keçirilməsinin praktiki imkanlarını nümayiş etdirməyi tapşırır”, - izahatda deyilir. Müştəri üçüncü tərəf mütəxəssislərinə belə işləri həyata keçirməyi təklif etdikdə, onlar “Bug Bounty” proqramı şəklində də həyata keçirilə bilər. Qanun layihəsinin müəlliflərindən birinin fikrincə, onun qəbulu təhlükəsizlik sistemində zəif cəhətlərin aşkarlanması üzrə tədbirlərin həyata keçirilməsi mexanizmini gücləndirəcək. Вернуться назад |