Главная > Dünya > Finlandiyada 35 nəfər insanları qanunsuz yolla Rusiyadan gətirtməkdə şübhəli bilinir

Finlandiyada 35 nəfər insanları qanunsuz yolla Rusiyadan gətirtməkdə şübhəli bilinir


20-03-2024, 11:19. Разместил: azadses
Finlandiya Sərhəd Mühafizəsi Rusiya ilə sərhəddən Finlandiyaya qanunsuz girişin təşkili ilə bağlı təhqiqata başlayıb.

“Report” Finlandiya Yayım Şirkətinə (Yle) istinadən xəbər verir ki, ümumilikdə iyirmiyə yaxın faktla bağlı araşdırma aparılır, 35 nəfər sərhədi qanunsuz keçmək və bunun təşkilində şübhəli bilinir.

“Sərhəddən qanunsuz keçidlərin təşkili sığınacaq axtaranların pul müqabilində təyinat yerlərinə aparıldığı və onların daxil olub-olmaması üçün sənədlərin verildiyi vəziyyətləri əhatə edir. Hazırda araşdırılan işlərdən bəziləri qanunsuz mühacirlərin Finlandiya vasitəsilə digər Avropa ölkələrinə daşınması ilə bağlıdır”, – Yle açıqlayıb.

Sərhəd Mühafizəsi daha əvvəl bildirib ki, sözügedən şəxslər əsasən distant fəaliyyət göstərirlər, lakin onların bəziləri Finlandiyada yerləşir. Şübhəlilər arasında İraq, Suriya və Rusiya vətəndaşları da var.

Bir çox hallarda söhbət mütəşəkkil cinayətkarlıqdan gedir.


Вернуться назад