Главная > Dünya > İranda son 5 gündə 177 nəfər yol qəzasının qurbanı olub
İranda son 5 gündə 177 nəfər yol qəzasının qurbanı olub20-03-2024, 10:30. Разместил: azadses |
Son beş gündə İranda 177 nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olub, 6 200 nəfər yaralanıb. “Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran Yol Polisinin rəisi Teymur Hüseyni Novruz bayramı günlərində qeydə alınmış qəzaları şərh edərkən açıqlayıb. O, “ötən ilin eyni dövrü ilə müqayisədə yol hərəkətinin intensivliyində dörd faizlik azalmanın müşahidə olunduğunu” bildirib: “Təəssüf ki, bu müddətdə 177 nəfər yol-nəqliyyat hadisəsində ölüb, 6 200 nəfər yaralanıb”. Вернуться назад |