Главная > Dünya > Latviya XİN Britaniyaya hərbi xidmətə çağırışı tətbiqini tövsiyə edib

Latviya XİN Britaniyaya hərbi xidmətə çağırışı tətbiqini tövsiyə edib


18-03-2024, 09:32. Разместил: azadses
Böyük Britaniya Rusiyanı cilovlamaq üçün hərbi mükəlləfiyyət tətbiq etməlidir.

“Report” xəbər verir ki, bu sözləri Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində Latviya Xarici İşlər Nazirliyinin rəhbəri Krişyanis Karinş deyib.

"Biz inadla bunu etməyi tövsiyə edirik", - o deyib.

Nazirin sözlərinə görə, Böyük Britaniyanın hakimiyyət orqanları istər-istəməz hərbi xərcləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 3 %-ə qədər artırmalı olacaqlar.

Karinş NATO-nun digər ölkələrinə də çoxlu sayda vətəndaşın qısa zamanda orduya cəlb oluna biləcəyi “ümumi müdafiə” modelini nəzərdən keçirməyi tövsiyə edib. Nazir buna nümunə olaraq Finlandiyanı göstərib. O, qeyd edib ki, burada daimi ordu kontingentinin az olmasına baxmayaraq, müharibə zamanı böyük və yaxşı hazırlanmış ehtiyat bölmələr var.


Вернуться назад