Главная > Dünya > Polşada sərxoş kişi sürücülük imtahanı vermək istəyib
Polşada sərxoş kişi sürücülük imtahanı vermək istəyib17-03-2024, 10:30. Разместил: azadses |
Polşanın Sileziya voyevodalığının Çestoxova şəhərində kişi sərxoş halda sürücülük imtahanı vermək istəyib. Bu barədə “Report” “RAR” agentliyinə istinadən xəbər verir. İmtahanı qəbul edən qadın nəqliyyat vasitəsində əyləşən 31 yaşlı kişinin böyük ehtimalla sərxoş olmasından şübhələnib. Nəticədə kişi imtahana buraxılmayıb və hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Polis əməkdaşları sürücünün bədənində spirt olub-olmadığını yoxlayıblar. Göstərici 2,5 promil spirt (təxminən bir şüşə araq - red.) olub. Maraqlıdır ki, bu, kişinin praktiki sürücülük imtahanından keçmək üçün yeddinci cəhdi olub. O, etiraf edib ki, əvvəlki imtahanları stress səbəbindən uğursuz olub, buna görə də “cəsarət üçün” spirtli içki qəbul etməyə qərar verib. Вернуться назад |