Главная > Dünya > “X” sosial şəbəkəsi “YouTube”un analoqunu yaradır

“X” sosial şəbəkəsi “YouTube”un analoqunu yaradır


9-03-2024, 14:40. Разместил: azadses
Milyarder İlon Maska məxsus “X” sosial şəbəkəsi “YouTube” ilə rəqabət aparmaq üçün Amazon və Samsung Smart TV-lər üçün proqram təqdim edəcək.

“Report” xəbər verir ki, bu barədə “Fortune” jurnalı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlara quraşdırılmış YouTube tətbiqi ilə eyni olacaq.

Mənbə bildirib ki, Mask “YouTube” ilə rəqabət aparmaqda qərarlıdır.

Beləliklə, amerikalı milyarder “X” istifadəçilərini “böyük ekranda uzun videolara” baxmağa inandırmaq və reklam verənləri sosial şəbəkəyə cəlb etmək istəyir.


Вернуться назад