Главная > Dünya > İndoneziya sahilində zəlzələ olub
İndoneziya sahilində zəlzələ olub7-03-2024, 13:00. Разместил: azadses |
İndoneziyanın cənub-şərq sahilini yuyan Arafur dənizində 5,1 maqnitudalı zəlzələ olub. “Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib. Verilənlərə əsasən, yeraltı təkanların episentri İndoneziyanın Tual şəhərindən (əhali: 93 min) 174 km şimal-şərqdə olub. Yerli vaxtla 08:56-da (Bakı vaxtı ilə 03:56-da) qeydə alınmış təbiət hadisəsinin ocağı 10 km dərinlikdə yerləşib. Dağınt və tələfat barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb. Вернуться назад |