Главная > Dünya > Ukraynaya yardım haqqında alternativ qanun layihəsinin Konqresə təqdim olunacağı tarix açıqlanıb
Ukraynaya yardım haqqında alternativ qanun layihəsinin Konqresə təqdim olunacağı tarix açıqlanıb7-03-2024, 09:41. Разместил: azadses |
ABŞ Konqresinin Nümayəndələr Palatası martın 22-dən sonra Ukraynaya yardımın maliyyələşdirilməsi ilə bağlı alternativ qanun layihəsi təqdim etməyi planlaşdırır. “Report” CNN-in müxbiri Manu Racuya istinadən xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Siyasət Komitəsinin rəhbəri Maykl Makkol bildirib. Makkolun sözlərinə görə, qanun layihəsi martın 22-də Konqres hökumətin maliyyələşdirilməsi məsələsini həll etdikdən sonra təqdim olunacaq. Eyni zamanda o, Nümayəndələr Palatasının spikeri Mayk Consonun belə bir təşəbbüsü dəstəkləyəcəyini irəli sürüb. Xatırladaq ki, daha öncə CNN ABŞ-nin Ukraynaya 60 milyard dollar məbləğində yardımı ehtiva edən yeni qanun layihəsinin martın sonunda və ya apreldə hazırlana biləcəyinə dair məlumat yaymışdı. Вернуться назад |